Aktual · Modern.az

Elçin Yusubov Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Elçin Yusubov Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılıb
Elçin Yusubov Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılıb

Xəbər verdiyimiz kimi, iki gün öncə Prezidentin Xankəndi və Ağdərə rayonu üzrə xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən kənarlaşdırılıb.

Modern.az "Unikal"a istinadən xəbər verir ki, 6 ay əvvəldən başlayaraq Maliyyə Nazirliyi sözügedən nümayəndəliyin fəaliyyəti ilə bağlı yoxlama aparıb. Yoxlama zamanı bir sıra maliyyə pozuntuları, o cümlədən kənar xərclər və digər problemlər üzə çıxıb.

Bununla bağlı toplanmış materialların Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərildiyi bildirilir.

Məlumata görə, məsələ ilə əlaqədar Elçin Yusubov da həmin idarəyə çağırılıb.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑