2027-ci ildə Dövlət Sosial Müdafiə Fonduna (DSMF) dövlət büdcəsindən 1 milyard 600 milyon manat ayrılması nəzərdə tutulur.
Modern.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Vəsait Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsinə yönəldiləcək.
2026-cı il üçün bu istiqamətə 1 milyard 700 milyon manat təsdiqlənib. Beləliklə, gələn il DSMF-yə dövlət büdcəsindən ayrılması nəzərdə tutulan vəsait cari ilin təsdiqlənmiş göstəricisi ilə müqayisədə 100 milyon manat və ya təxminən 5,9 faiz azalacaq.

