Aktual · Modern.az

Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edildi
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edildi

Dövlət Mülki Aviasiya Agentliyinin İdarə Heyətinə yeni sədr müavini təyin edilib.

Modern.az APA-ya istinadən bildirir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin əmri ilə Şahin Abbasov Nazirliyin tabeliyindəki Dövlət Mülki Aviasiya Agentliyinin İdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.

Şahin Abbasov 1991-ci ildə anadan olub. 2010-2013-cü illərdə Böyük Britaniyanın SOAS, London Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2014-2015-ci illərdə Böyük Britaniyanın Kembric Universitetində Beynəlxalq hüquq üzrə magistr təhsili alıb.

2014-2016-cı illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında çalışıb.

2016-2018-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsində çalışıb.

2018-2025-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində müxtəlif vəzifələrdə çalışıb.

2025-ci ildən hazırkı vəzifəsinə təyin olunanadək Dövlət Mülki Aviasiya Agentliyinin İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 24 iyun tarixli “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑