Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli tam orta ümumtəhsil məktəbində bir neçə şagirdin rotavirusa yoluxduğu məlum olub.
Modern.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
***
20:33
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli tam orta məktəbin şagirdlərinin popkorndan zəhərlənməsi faktı təsdiqlənməyib.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, Ceyranbatan qəsəbəsindəki məktəbdə baş verən hadisə ilə bağlı tibb müəssisəsindən əldə edilən məlumata əsasən, qida zəhərlənməsi faktı öz təsdiqini tapmayıb.
***
17:06
Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib.
Modern.az "Report"a istinadən xəbər verir ki, şagirdlərin "popkorn"dan zəhərləndiyi ehtimal olunur.
Hazırda məktəb ərazisinə təcili yardım briqadası cəlb edilib.




