Dünya · Modern.az

Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq 

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq 
Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq 

Bu gün axşam saatlarında Bakıdan İrəvana təyyarənin uçacağı bildirilir.

Modern.az xəbər verir ki, bu barədə “Flightradar24” saytına istinadən məlumat yayıb. 

Məlumata görə, Tacikistanın “Somon Air” aviaşirkətinə məxsus “Boeing 737-8GJ” təyyarəsi dünən Düşənbədən Bakıya uçub.

Nəşr qeyd edir ki, Tacikistan Prezidenti və bir sıra digər ölkələrin liderləri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün dünəndən Bakıya gəlməyə başlayıblar. Lakin sözügedən təyyarə Tacikistan Prezidentinə xidmət göstərmir.
Həmin təyyarənin hansı liderləri Bakıdan İrəvana aparacağı açıqlanmayıb.

Ermənistan da rəsmi nümayəndə heyətlərini qəbul etməyə hazırlaşır. Məlumata görə, COP17 çərçivəsində İrəvanda Liderlər Sammiti keçiriləcək.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑