Aktual · Modern.az

Bu avtomobil yolunda hərəkət məhdudlaşdırılıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bu avtomobil yolunda hərəkət məhdudlaşdırılıb
Bu avtomobil yolunda hərəkət məhdudlaşdırılıb

Abşeron rayonunda Hökməli–Qobu–Güzdək avtomobil yolunun 2-ci kilometrliyində yolun hərəkət hissəsinin bərpası və nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə təmir-bərpa işlərinə başlanılır.

Bu barədə Modern.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Bildirilib ki, təxminən 100 metr uzunluğa malik ərazini əhatə edən təmir-bərpa işləri ilə əlaqədar yolun qeyd olunan hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılıb.

"Sürücülərdən alternativ marşrut kimi 20 Yanvar küçəsi istiqamətindən istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur. Hökməli–Qobu–Güzdək avtomobil yolunun 4-cü kilometrliyində də yol örtüyündə mövcud problemlərin aradan qaldırılması istiqamətində təmir-bərpa işləri davam etdirilir. Bununla əlaqədar həmin hissədə də nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti olaraq tam məhdudiyyət tətbiq edilib", - məlumatda qeyd olunub.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑