Ölkə · Modern.az

“Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi
“Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi

İran çempionatında “Mələvan” və Təbrizin “Traktor” komandaları arasında oktyabrın 18-də keçirilməli olan oyun baş tutmayıb. Buna meydan sahiblərinin azarkeşlərinin azərbaycanlılara qarşı təhqiramiz şüarlar səsləndirməsinin səbəb olduğu bildirilir.

Modern.az "Tasnim"ə istinadən xəbər verir ki, Bəndər-Ənzəli şəhərindəki stadionda oyunöncəsi isinmə hərəkətləri zamanı azarkeşlər azərbaycanlıları və türkləri hədəfə alan şüarlar səsləndiriblər. “Traktor”un kapitanı Şüca Xəlilzadə də təhqirlərə məruz qalıb.

Buna etiraz olaraq Təbriz təmsilçisinin futbolçuları meydanı tərk ediblər. Klubun sahibi Məhəmmədrza Zünuzinin komandaya paltardəyişmə otağına qayıtmaq göstərişi verdiyi bildirilir.

Hakimlər, oyun nümayəndələri və komandaların məşqçilərinin iştirakı ilə təxminən yarım saat davam edən danışıqlar nəticə verməyib. “Traktor” futbolçuları meydana qayıtmaqdan imtina etdikləri üçün qarşılaşma başlamayıb.

“Traktor” rəhbərliyi İran Futbol Federasiyasından “Mələvan” klubuna qarşı sərt tədbirlər görülməsini tələb edib. Əks halda, FIFA-ya rəsmi şikayət ünvanlanacağı bildirilib.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑