Dünya · Modern.az

Baş nazir telefon oğurluğuna görə dindirildi

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Baş nazir telefon oğurluğuna görə dindirildi
Baş nazir telefon oğurluğuna görə dindirildi

Macarıstan Baş Prokurorluğu ölkənin Baş naziri Peter Madyarı gecə klubunda başqasının mobil telefonunu oğurlamaq ittihamı ilə şübhəli şəxs qismində dindirib.

Modern.az xəbər verir ki, hökumət rəhbəri bu barədə “Facebook” hesabında məlumat yayaraq, irəli sürülən ittihamları qəbul etmədiyini bildirib.

“Bu gün 21 iyun 2024-cü il tarixdə baş vermiş hadisələrlə bağlı Mərkəzi Baş İstintaq Prokurorluğunda dindirildim. Qısa bəyanat verdim və mənə istinad edilən hüquqpozmada təqsirimi boynuma almadım”, – deyə o qeyd edib.

Madyar hadisələrin sonrakı inkişafı barədə əlavə məlumat verəcəyini söz verib.

Xatırladaq ki, sentyabr ayında Macarıstan parlamenti telefon oğurluğunda ittiham olunan Baş nazir Peter Madyarın toxunulmazlığını ləğv etmişdi. Siyasətçi əməlinin cinayət olmadığını iddia edərək özü deputatlardan bu addımı atmalarını xahiş etmişdi.

Məlumat üçün bildirək ki, qalmaqala səbəb 2024-cü ilin iyununda gecə klubundakı münaqişə zamanı onun bir nəfərin mobil telefonunu əlindən alaraq Dunay çayına atması faktı üzrə cinayət işinin yenidən başlanması olub.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma1

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑