Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən VIII Qurultayında İdarə Heyətinin yeni tərkibi seçilib. İdarə Heyətində 40 nəfər təmsil olunur. Onlardan 20-si Milli Məclisin deputatlarından ibarətdir.
Modern.az Yeni Azərbaycan Partiyasının idarə heyətinin deputat üzvlərini təqdim edir:
- Milli Məclisin vitse-spikeri Əli Əhmədov
- Elnarə Akimova
- Azər Badamov
- Kamal Cəfərov
- Asif Əsgərli
- Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov
- Ülviyyə Həmzəyeva
- Milli Məclisin Ailə, uşaq və qadın məsələləri üzrə komitəsinin sədri Hicran Hüseynova
- Eldar İbrahimov
- Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov
- İmamverdi İsmayılov
- Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov
- Pərvin Kərimzadə
- Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev
- Mübariz Qurbanlı
- Milli Məclisin Səhiyyə komitəsinin sədri müavini Rəşad Mahmudov
- Hikmət Məmmədov
- İlham Məmmədov
- Tahir Mirkişili
- Mixail Zabelin
Qeyd edək ki, YAP İdarə Heyətinin yeni tərkibində yer almayan şəxslər: Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşir, Ramin Məmmədov və Rövşən Bayramovdur.

