Milli Məclisin vitse-spikeri Musa Qasımlı, komitə sədri Əhliman Əmiraslanov və deputat Tənzilə Rüstəmxanlı oktyabrın 5-də Türkmənistanın Avaza şəhərinə səfər
Deputatlar
Türkmənistana
gedirlər
musa qasımlı
əhliman əmiraslanov
tənzilə rüstəmxanlı
milli məclis
türkmənistan
avaza
beynəlxalq konfranslar
dayanıqlı inkişaf
Milli Məclisin vitse-spikeri Musa Qasımlı, parlamentin komitə sədri Əhliman Əmiraslanov və deputat Tənzilə Rüstəmxanlı oktyabrın 5-də Türkmənistanın Avaza şəhərinə səfər edəcəklər.
Modern.az-ın məlumatına görə, səfər çərçivəsində deputatlarımız Milli Turizm Zonasında keçiriləcək “Demoqrafik proseslər və dayanıqlı inkişaf: müasir dövrün çağırışları və beynəlxalq təcrübə”, “Sülhün qorunmasında və davamlı inkişafa nail olunmasında qadınların rolu” və “Səhiyyə xidmətlərinin hamı üçün əlçatanlığı və dayanıqlı inkişaf məqsədləri” adlı beynəlxalq konfranslarda iştirak edəcəklər.
Qeyd edək ki, səfər oktyabrın 9-da başa çatacaq.
Xəbəri paylaş
Bu saytda oxunma: 0
Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.