Aktual · Modern.az

BP AzMİU-da yeni laboratoriya açdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
BP AzMİU-da yeni laboratoriya açdı
BP AzMİU-da yeni laboratoriya açdı

Azərbaycan Memarlıq və İnşaat Universitetində binaların və qurğuların seysmik dayanıqlığının ölçülməsi laboratoriyasının açılışı keçirilib.

Azərbaycan Memarlıq və İnşaat Universitetində binaların və qurğuların seysmik dayanıqlığının ölçülməsi laboratoriyasının açılış mərasimi keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış edib.

O, qeyd edib ki şirkət Azərbaycanda fəaliyyəti çərçivəsində neft-qaz layihələri ilə yanaşı, sosial layihələrin həyata keçirilməsinə də diqqət ayırır:

“Azərbaycanda fəaliyyətimiz dövründə ölkənin həm strateji neft-qaz layihələrinin operatoru qismində fəaliyyətimiz çərçivəsində, neft-qaz sektorundakı fəaliyyətimizlə yanaşı, hər zaman çalışırıq ki, cəmiyyətin məsuliyyətli korporativ vətəndaşı olaq. Neft-qaz sahəsindən əlavə, cəmiyyətin sosial həyatında da yaxından iştirak edirik və bu sosial həyatı əsasən sosial layihələr vasitəsilə həyata keçiririk.  Sosial layihələrimizin də əsas istiqaməti təhsil istiqamətidir. Bu istiqamətdə kifayət qədər sosial layihələr həyata keçirmişik. Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində açılışına toplandığımız binaların və qurğuların seysmik dayanıqlığının ölçülməsi laboratoriyasını təqdim etmişik. Bu, bizim sosial layihələrimizin digər bir istiqamətidir.  Layihənin əsas məqsədi bu istiqamətdə tədris prosesinin daha da təkmilləşməsinə və universitetin elmi-texniki infrastrukturunun güclənməsinə töhfə verməkdir.Bu, bizim Memarlıq və İnşaat Universiteti ilə həyata keçirdiyimiz artıq üçüncü layihəmizdir". 

B.Aslanbəyli vurğulayıb ki,Universitetin fəaliyyətinə dəstək göstərmək bu sahədə formalaşan mütəxəssislərin və alimlərin fəaliyyətinə dəstək göstərməkdir:

"Bundan əvvəl də kifayət qədər uğurlu layihələrimiz olub, laboratoriyalar qurulub. Ümid edirik ki, bu laboratoriyalar Memarlıq və İnşaat Universitetində təhsil alan tələbələrin yetkin mütəxəssis kimi formalaşmasına, universitetdə həyata keçirilən elmi-tədqiqat işlərinin daha keyfiyyətli şəkildə aparılmasına və eyni zamanda universitetin sənaye ilə münasibətlərinin qurulmasına müsbət təsir göstərəcək. Universitetin fəaliyyətinə dəstək göstərmək bu sahədə formalaşan mütəxəssislərin və alimlərin fəaliyyətinə dəstək göstərməkdir. Bu da nəticə etibarilə daha keyfiyyətli mütəxəssislərin formalaşmasına və daha keyfiyyətli tədqiqat işlərinin ərsəyə gəlməsinə xidmət edəcək".

O, universitetin rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib:

"Fürsətdən istifadə edib bu layihəni uğurla yerinə yetirdiklərinə və ümumiyyətlə, illər ərzində formalaşmış məhsuldar əməkdaşlığa görə Memarlıq və İnşaat Universitetinin rəhbərliyinə və kollektivinə öz təşəkkürümü bildirirəm. Qeyd etmək istərdim ki, bu istiqamətdə olan layihələrimiz istər bu universitet, istərsə də digər universitetlərlə davam edəcək.  Təhsil sahəsindəki sosial layihələrimiz həm laboratoriyalar və mərkəzlər formasında infrastrukturun formalaşması, həm beynəlxalq dərsliklərin Azərbaycan dilinə tərcümə olunaraq universitetlərdə paylaşılması şəklində yeni məzmunun formalaşması, həm də müəllim və tələbə heyətinin peşəkar təlimlərinin daha geniş səviyyədə keçirilməsi istiqamətində davam etdiriləcək”.

Nicat Rüstəm

    Xəbəri paylaş

    Bu saytda oxunma: 0

    Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.

    Facebook Telegram WhatsApp X
    Yuxarı qayıt ↑