Aktual · Modern.az

Binəqədi şosesində yol hərəkətinin təşkili dəyişdirildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Binəqədi şosesində yol hərəkətinin təşkili dəyişdirildi
Binəqədi şosesində yol hərəkətinin təşkili dəyişdirildi

Bakının Binəqədi qəsəbəsi istiqamətində nəqliyyat sıxlığının azaldılması məqsədilə Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində zolaq sayı

Bakının Binəqədi qəsəbəsi istiqamətində yaranan nəqliyyat sıxlığının azaldılması məqsədilə Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində zolaq sayı artırılıb.

Modern.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, xətlənmə işləri aparılmaqla yeni düzünə hərəkət zolağı təşkil edilib.

Sözügedən yol kəsişməsində əvvəl düzünə hərəkət yalnız bir zolaqla mümkün idi. Dəyişiklikdən sonra nəqliyyat vasitələri hərəkətlərini artıq iki zolaqla davam etdirə bilirlər.

Həyata keçirilən bu layihə nəticəsində kəsişmənin buraxılıcılıq qabiliyyəti artıb, nəqliyyat vasitələrinin daha rahat və fasiləsiz hərəkəti təmin edilib.


 

    Xəbəri paylaş

    Bu saytda oxunma: 0

    Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.

    Facebook Telegram WhatsApp X
    Yuxarı qayıt ↑