Aktual · Modern.az

Şamaxıda şadlıq sarayında saxta araq verilirmiş - FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Şamaxıda şadlıq sarayında saxta araq verilirmiş - FOTO
Şamaxıda şadlıq sarayında saxta araq verilirmiş - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Şamaxı şəhərindəki "Şirvangöl" şadlıq sarayında saxtalaşdırma əlamətləri olan 72 ədəd "Sobranie" araq məhsulunun

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Şamaxı şəhəri, Bakı-Qazax yolu, ev 120 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Xəlilov Əyyub Allahverdi oğluna məxsus “Şirvangöl” şadlıq sarayında yoxlama keçiriblər.

Qurumdan Modern.az-a bildirilib ki, yoxlama zamanı şadlıq evində saxtalaşdırma əlamətləri olan 72 ədəd (hər biri 0.7 lt ) “Sobranie” əmtəə nişanlı araq məhsulunun istehlaka təqdim edilməsinin qarşısı alınıb. Həmçinin normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Faktla bağlı qanunvericiliyə uyğun inzibati tədbir görülüb, sözügedən məhsullar dövriyyədən çıxarılıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Araşdırmalar davam etdirilir.

    Xəbəri paylaş

    Bu saytda oxunma: 0

    Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.

    Facebook Telegram WhatsApp X
    Yuxarı qayıt ↑