Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir.
Modern.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib.
Azərbaycanda hər hansı daxili risklərimizin olmadığını dəfələrlə söylədiyini xatırladan dövlətimizin başçısı bildirib: “Bütün potensial risklər bizim hüdudlarımızdan kənardan gəlir. İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir. Ona görə biz hər zaman ayıq-sayıq olmalıyıq və milli mənsubiyyətimizin, dövlətçiliyimizin qorunmasına, müstəqilliyimizin müdafiə olunmasına və həyat tərzimizin qorunmasına çox bağlı olmalıyıq”.
BİRLİKDƏ PAYLAŞAQ
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.
“Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyasına İkinci Əlavə Protokol təsdiqlənib.
Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, 2001-ci il 8 noyabr tarixli “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyasına İkinci Əlavə Protokol Azərbaycan Respublikasının müvafiq qeyd-şərti və bəyanatları ilə təsdiq edilib.
Son illərdə dünyanın bir sıra ölkələrində iş saatlarının azaldılması və daha çevik iş rejimlərinə keçidlə bağlı müzakirələr genişlənir. Bu yanaşmanın əsas məqsədi işçilərin istirahət imkanlarını artırmaqla yanaşı, əmək məhsuldarlığını yüksəltmək və işlə şəxsi həyat arasında balans yaratmaqdır. Bəs Azərbaycanda iş saatlarının azaldılması mümkündürmü və bu dəyişiklik ilk növbədə hansı sahələri əhatə edə bilər?
Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin deputatı Azər Badamov bildir
Dələduzluqda təqsirləndirilən şəxs zərərçəkənlə barışdığı üçün məhkəmə zalından şərti azadlığa buraxılıb. Sözügedən məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsində qərar qəbul olunub. Belə ki, Cinayət kollegiyası dələduzluq cinayətinə görə məhkum edilmiş şəxs barəsində zərərçəkmiş şəxslərlə barışığın əldə olunması və vurulmuş maddi ziyanın tam ödənilməsi hallarını nəzərə alaraq, azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsinə dair qərar […]
Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini üçüncü oxunuşda qəbul edib. Bununla əlaqədar “İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlara dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olunub. Sənədə əsasən, “İcra haqqında” qanuna “Tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi” adlı yeni 46-1-ci maddənin əlavə edilməsi nəzərdə tutulur. Yeni maddə tələbin həm borclunun özündə aşkar edilən […]
Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsi və “Aviasiya haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. “Aviasiya haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, uçuş iş vaxtı hava gəmisinin heyət üzvünün bir və ya bir neçə […]