Aktual · Modern.az

Azərbaycanın sədrliyi ölkələrarasında dialoqu daha səmərəli edir - Mirziyoyev

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanın sədrliyi ölkələrarasında dialoqu daha səmərəli edir - Mirziyoyev
Azərbaycanın sədrliyi ölkələrarasında dialoqu daha səmərəli edir - Mirziyoyev

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Yaxın Şərqdə davam edən qarşıdurmalardan və Qəzzadakı humanitar vəziyyətdən narahatlığını ifadə edib.

Modern.az xəbər verir ki, Mirziyoyev bu barədə Bakıda keçirilən AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı zamanı bildirib.

Özbəkistan Prezidenti regionda sülh və sabitliyin tezliklə bərpa olunmasının vacibliyini vurğulayıb.

“Dialoq zəiflədikdə yanlış qərarların qəbul edilməsi riski artır. Ziddiyyətlərin silahlı qarşıdurmalara çevrilməsinin qarşısını almaq vacibdir”, – deyə o qeyd edib.

Mirziyoyev Asiyada münaqişələrin qarşısının alınması və dövlətlər arasında etimadın gücləndirilməsi məqsədilə yeni konsepsiyanın hazırlanmasını təklif edib.

Onun sözlərinə görə, bu təşəbbüs ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə, qarşılıqlı öhdəliklərin yerinə yetirilməsinə və mübahisələrin sülh yolu ilə həllinə xidmət etməlidir.

Özbəkistan Prezidenti, həmçinin regional nəqliyyat və enerji layihələrinin inkişaf etdirilməsini, süni intellektdən məsuliyyətli istifadə üzrə birgə mexanizmlərin yaradılmasını və iqlim dəyişikliklərinə qarşı əməkdaşlığın gücləndirilməsini təklif edib.

Mirziyoyev Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirərək bu dövrdə ölkələr arasında dialoqun daha məzmunlu və səmərəli olduğunu bildirib.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑