Aktual · Modern.az

Şahdağ və Kəlbəcərə qar yağıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Şahdağ və Kəlbəcərə qar yağıb
Şahdağ və Kəlbəcərə qar yağıb

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 24-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə isə qar yağıb.

Bu barədə Modern.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, qar örtüyünün hündürlüyü Şahdağda 3 sm-dir.

Bakıda və Abşeron yarımadasında 7 mm-dək yağıntı qeydə alınıb.

Respublikanın rayonlarında düşən yağıntının miqdarı:

Kişçayda (Şəki) 47, Zaqatalada 44, Sarıbaşda (Qax) 17, Ağsuda 7, Xızı, Hacıqabulda 6, Qobustan, Oğuz, Balakən, Şamaxı, Qusar, Xınalıq, Saatlı, Quba, Xaltan, Şahbuz, Culfa, Ordubad, Gədəbəy, Göygöl, Şəmkir, Tovuz, Göyçay, Sabirabad, Salyan, Astara, Lerik, Şabran, Bərdə, Göyçay, Zərdab, Beyləqan, Biləsuvar, Astara, İmişli, Kürdəmir, Qrız, Ağdam, Qubadlı, Füzuli, Kəlbəcər, Zəngilan, Şuşada 4 mm-dək qeydə alınıb.

Oktyabrın 23-də saat 23:15 radələrində Şəki rayonunun Oxud və Kişçay kəndlərinə diametri 5-7 mm olan dolu düşüb.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑