Dünya · Milli.az

Roma Papası xəstəxanadan evə buraxıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Roma Papası xəstəxanadan evə buraxıldı xəbəri üçün şəkil

Roma Papası XIV Leo xəstəxanadan evə buraxılıb.

Bu barədə "Associated Press" xəbər verir.

------

Roma Papası XIV Leonun ağciyər xərçəngi ilə bağlı keçirdiyi əməliyyatdan sonra bu gün xəstəxanadan çıxacağı gözlənilir.

"Reuters"in xəbərinə görə, bu barədə Vatikan məlumat yayıb.

Bildirilib ki, qan testləri və rentgen nəticəsi buna imkan verir.

Papa Leo sabah Vatikandakı mənzilindən Müqəddəs Pyotr meydanında keçiriləcək dini mərasimə rəhbərlik edəcək.

Qeyd edək ki, 71 yaşlı Papaya bir neçə gün əvvəl ağciyər xərçəngi diaqnozu qoyulub.

O, 2025-ci ilin mayından Müqəddəs Taxt-Taca rəhbərlik edir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑