Polkovnik-leytenant Ramin Orucov FHN-in Gəncə Regional Mərkəzinin rəisi təyin edilib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.
O, bu təyinatadək nazirliyin Aran Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb.
Nazirin digər əmri ilə Gəncə Regional Mərkəzinin əvvəlki rəisi Rövşən Nəbiyev Qələbə Regional Mərkəzinin rəisi vəzifəsinə təyin olunub.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)





