Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində iyul ayında həbs edilən müğənni İlyas Yalçıntaş ilk məhkəmə iclasında azadlığa buraxılıb.
Milli.Az xəbər verir ki, Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə İlyas Yalçıntaş narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ittihamları rədd edib. O, əvvəllər narkotik vasitələrdən istifadə etdiyini etiraf etsə də, heç kimə narkotik maddə vermədiyini və başqaları ilə birlikdə istifadə etmədiyini bildirib.
Müğənninin imza atmaq öhdəliyi ilə məhkəmə nəzarətinə götürülərək azadlığa buraxılmasına qərar verilib.
İfaçının növbəti məhkəməsi dekabrın 15-də keçiriləcək.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)



