Türkiyəli aktyor Burak Özçivitin rol aldığı "Güneşin Doğduğu Yer" serialının yeni bölümünün anonsu yayımlandıqdan sonra silinib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, serialda qadınlara qarşı zorakılığı əks etdirən səhnə izləyicilərin narazılığına səbəb olub.
Tənqidlərdən sonra yaradıcı heyət mübahisə doğuran görüntüləri çıxararaq anonsu yenidən yayımlayıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
.png)





