Ölkə · Milli.az

Bütün binalarda elektrik sobaları olacaq - (Video)

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bütün binalarda elektrik sobaları olacaq - (Video) xəbəri üçün şəkil

Azərbaycan yaşıl və dekarbonlaşdırılmış gələcəyə doğru ən mühüm hüquqi addımını atdı.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Nazirlər Kabinetinin rəsmi qərarı ilə təsdiqlənən "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" artıq icradadır.

Strategiyaya əsasən, 2035-ci ilədək yaşayış binalarında elektrik sobalarına keçidin təşviqi, 2060-cı ilədək isə bütün binalarda elektrik sobalarının payının 100 faizə çatdırılması hədəflənir. Yeni tikilən binalarda elektrik sobalarının quraşdırılması da nəzərdə tutulur.

Energetika nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bildirdi ki, bu tədbirlər enerji sərfiyyatını azaltmağa və binaların daha səmərəli olmasına xidmət edir. Ancaq hədəflərə çatmaq üçün həm müasir texnologiyaların tətbiqi, həm də bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi vacibdir.

Beləliklə, enerjiyə qənaət edən binalara keçid yalnız texnologiyaların deyil, bu sahələrdə çalışan mütəxəssislərin peşə bacarıqlarının da yenilənməsini zəruri edə bilər.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑