Ölkə · Milli.az

4 rayonda ağackəsənlər təbiətə 40 min manat ziyan vurub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
4 rayonda ağackəsənlər təbiətə 40 min manat ziyan vurub xəbəri üçün şəkil

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Qəbələ, Şamaxı, Xaçmaz və Lerik rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Milli.Az xəbər verir ki, barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qeyd edilib ki, araşdırma zamanı Qəbələ rayonu Kiçik Əmili və Zalam kəndlərinin ərazisindən keçən su kanalının ətrafında, Şamaxı rayonu Mərzəndiyə, Xaçmaz rayonu Ağtala kəndləri ərazisində və Lerik rayonu Bobla kəndi yaxınlığında ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 40 529 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑