Maqazin · Lent.az

Səhnədən biznesə: Ulduzlar nədən pul qazanır?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Səhnədən biznesə: Ulduzlar  nədən pul qazanır? xəbəri üçün şəkil

Səhnədən biznesə: Ulduzlar nədən pul qazanır?

Məşhurlar artıq yalnız kino, musiqi və ya televiziya layihələrindən qazanc əldə etmirlər. Onların bir çoxu öz adını ayrıca brendə çevirərək kosmetika, geyim, içki, enerji içkiləri və hətta rəqəmsal aktivlərdən milyonlarla dollar qazanır.

Lent.az xarici mediaya istinadla adını brendə çevirən məşhurları təqdim edir:

Rihanna

Dünya ulduzunun "Fenty Beauty" kosmetika brendi və "Savage x Fenty" alt geyimi markası var.

"Fenty Beauty" müxtəlif dəri tonlarına uyğun geniş məhsul çeşidi təqdim etməsi ilə kosmetika bazarında böyük diqqət çəkib və qısa zamanda dünyanın ən tanınmış gözəllik brendlərindən birinə çevrilib.

Dueyn Conson

Aktyor və keçmiş peşəkar güləşçi Dueyn Conson da gəlirlərini yalnız kino ilə məhdudlaşdırmır. Onun biznes portfelinə "Teremana" brendi, "Project Rock" idman geyimləri markası və "ZOA" enerji içkiləri daxildir.

Conson sosial şəbəkələrdəki böyük auditoriyasından öz məhsullarının tanıdılmasında da fəal şəkildə istifadə edir.

Qvinet Peltrou

Aktrisa Qvinet Peltrou "Goop" adlı sağlamlıq brendinin sahibidir.

Şirkət dəriyə qulluq vasitələri, sağlam həyat tərzi məhsulları, müxtəlif detoks proqramları və digər məhsullar satır. Bununla yanaşı, "Goop"un bəzi məhsulları zaman-zaman elmi əsaslarının zəif olması səbəbindən tənqid edilib.

Snup Doqq

Repçi Snup Doqq isə biznesdə rəqəmsal texnologiyalara üstünlük verən məşhurlar sırasındadır.

Musiqiçi "NFT" kolleksiyaları buraxıb, kriptovalyuta platformaları ilə əməkdaşlıq edib və eksklüziv rəqəmsal musiqi albomlarının satışını həyata keçirib.

 

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑