Dünya · Lent.az

350 min dollara bu ölkədə vətəndaş ola biləcəksiniz

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
350 min dollara bu ölkədə vətəndaş ola biləcəksiniz xəbəri üçün şəkil

350 min dollara bu ölkədə vətəndaş ola biləcəksiniz

Argentina hakimiyyəti ilin sonunadək 350 min dollardan başlayan investisiya qarşılığında vətəndaşlıq almaq üçün müraciətlərin qəbuluna başlayacaq. 

APA xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müraciətlərin 2026-cı ilin dördüncü rübündə başlayacağı proqram iki mexanizm təklif edir: milli xəzinəyə 350 min dollar məbləğində birbaşa və geri qaytarılmayan ödəniş etmək və ya xüsusi olaraq bu proqram üçün buraxılmış 800 min dollar dəyərində dövlət istiqrazlarını almaq.

Proqram əsas müraciətçinin ailə üzvlərinə də vətəndaşlıq verilməsini nəzərdə tutur. Nazirliyin məlumatına görə, əsas müraciətçi, onun həyat yoldaşı və iki yetkinlik yaşına çatmayan övladından ibarət standart ailə ümumilikdə 500 min dollar qarşılığında Argentina vətəndaşlığına müraciət edə biləcək.

Nazirlik qeyd edib ki, vətəndaşlıq üçün müraciət edən şəxsin vəsaitlərinin qanuni mənşəyi, məhkumluğunun olmaması və “reputasiya riskləri” yoxlanılacaq. Bildirilib ki, əldə olunan vəsait Argentina Respublikasının fiskal və maliyyə vəziyyətinin daha da möhkəmləndirilməsinə yönəldiləcək.

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑