Gecədən başlayan güclü yağış Bakıda yenə öz fəsadlarını büruzə verib.
Lent.az xəbər verir ki, səhərədək davam edən leysan yağışları nəticəsində bir sıra əraziləri su basıb.
Subasmaya məruz qalan ərazilərdən biri Binə qəsəbəsinin mərkəzi hissəsidir. Sakinlərin sözlərinə görə, adi 1-2 saatlıq yağışda belə xüsusən Binənin mərkəzi, dəmiryolu relslərindən sonrakı ərazi daim su ilə dolur. Qeyd olunan ərazi avtomobillər üçün keçilməz həddə çatır. Qəsəbənin digər hissələrində bu kimi subasmaya məruz qalan yerlər az deyil.
Budəfəki subasmanın güclü olduğu qəsəbələrdən biri Hövsandır. Yayılan görüntülərdə "beton yol" kimi tanınan Zığ yolunun kənarı, həmçinin Hövsanın mərkəzi hissələrinin nəqliyayt üçün necə keçilməz olduğu, avtomobillərin suda qaldığı əks olunub.
Bundan əlavə, Abşeron rayonu Masazır qəsəbəsi yenə də leysanın fəsadları ilə üzləşən yaşayış məskənlərindən biri olaraq qalıb.
https://www.facebook.com/lentazerbaijan/videos/ya%C4%9Fan-ya%C4%9F%C4%B1%C5%9F-n%C9%99tic%C9%99sind%C9%99-masaz%C4%B1r%C4%B1n-k%C3%BC%C3%A7%C9%99l%C9%99ri-su-alt%C4%B1nda-qal%C4%B1bya%C4%9F%C4%B1%C5%9F-sular%C4%B1-yollarda/1749625483005424/

