Dünya · Lent.az

Ata-anasını öldürdü, məhkəməyə belə gətirildi - VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ata-anasını öldürdü, məhkəməyə belə gətirildi - VİDEO xəbəri üçün şəkil

ABŞ-də qətldə ittiham olunan 31 yaşlı Daniel Consun məhkəməyə çıxarılması zamanı qeyri-adi hadisə yaşanıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Ohayo ştatının Oberlin şəhərində qeydə alınıb.

Oberlin Kollecində incəsənət və fotoqrafiya professoru işləyən 64 yaşlı Pipo Nquyen-Duy və onun 56 yaşlı həyat yoldaşı Tran Ti Fonq yaşadıqları evdə güllələnmiş vəziyyətdə ölü tapılıblar.

Hadisənin üstü Oberlin Kollecinin dayanacağındakı avtomobildən tüstü qalxması barədə məlumat daxil olduqdan sonra açılıb. Əraziyə gələn polis və yanğınsöndürənlər avtomobildə şəxsi əşyalar və döyüş patronları aşkarlayıblar.

Avtomobilin Daniel Consa məxsus olduğu müəyyən edilib. Polis onunla əlaqə saxladıqdan sonra ailəsinin yaşadığı evə gedib və orada iki nəfərin meyitini tapıb.

Hadisədən sonra saxlanılan Daniel Consa qarşı altı qətl, ağırlaşdırılmış hücumla bağlı 4 və sübutları gizlətmə ilə əlaqədar 1 ittiham irəli sürülüb.

Şübhəli məhkəmə qarşısına çıxarılan zaman ayaq üstə dayanmayıb. Bu səbəbdən polis əməkdaşları onu məhkəmə zalına daşıyaraq gətiriblər. Onun bu davranışının səbəbi barədə hələlik rəsmi açıqlama verilməyib.

Hadisə ilə bağlı istintaq davam edir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑