Hadisə · Lent.az

Abşeron məktəbində kütləvi zəhərlənmə, yoxsa rotavirusa yoluxma? - RƏSMİ CAVAB

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Abşeron məktəbində kütləvi zəhərlənmə, yoxsa rotavirusa yoluxma? - RƏSMİ CAVAB xəbəri üçün şəkil

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli tam orta ümumtəhsil məktəbində bir neçə şagirdin rotavirusa yoluxduğu məlum olub.

Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

***
18:36

Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbində baş vermiş hadisə ilə bağlı tibb müəssisəsindən əldə edilən məlumata əsasən qida zəhərlənməsi faktı öz təsdiqini tapmayıb.

Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Lent az-ın sorğusuna cavab olaraq bildirilib.

***

17:18

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində məktəbdə kütləvi zəhərlənmə baş verib.

Lent.az xəbər verir ki, hadisə 2 nömrəli tam orta məktəbdə qeydə alınıb.

İlkin məlumata görə, 10 şagird qidadan zəhərlənib. 

AQTA-dan sorğumuza cavab olaraq bildirilib ki, məsələ nəzarətə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən isə saytımıza bildirilib ki, bu gün saat 15:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbindən çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

Təcili tibbi yardım briqadası tərəfindən 8 nəfərə yerində yardım olunub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑