Sosial · Lent.az

Şirvan məktəbində direktor dərsi kabinetində keçir - İDDİALARA CAVAB

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Şirvan məktəbində direktor dərsi kabinetində keçir - İDDİALARA CAVAB xəbəri üçün şəkil

Şirvanda məktəb direktorunun dərsi öz kabinetində keçdiyi ilə bağlı iddialar yayılıb.

Şirvan-Salyan Regional Təhsil İdarəsindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Şirvan şəhəri 13 nömrəli tam orta ümumtəhsil məktəbində 10 və 11-ci siniflərdə Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə dərslərin direktor otağında keçirilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Qeyd edilən siniflər üzrə dərslər müvafiq tədris otaqlarında keçirilir".

***

12:25

Şirvanda məktəb direktorunun dərsi öz kabinetində keçdiyi ilə bağlı iddialar yayılıb.

Lent.az xəbər verir ki, valideynlərdən birinin sözlərinə görə, Şivan şəhər 13 saylı tam orta məktəbin direktoru Azərbaycan dili və ədəbiyyat fənni üzrə dərsləri öz kabinetində keçir. 

Valideyn qeyd edir ki, əsas problem kabinetdə lövhənin olmaması və şagirdlərin dərsləri qavraya bilməməsidir. 

"Direktora bu məsələ ilə bağlı narazılığımızı bildirdikdə "yaxşı edirəm", deyir. 10A 10B və 11P sinfindəkı şagirdlərin taleyi bizi çox narahat edir", - deyə, valideyn bildirir. 

Məsələ ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsinə sorğu ünvanlamışıq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑