Mədəniyyət · Kulis.az

Türkiyəli müğənni 10 il müddətinə həbs oluna bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyəli müğənni 10 il müddətinə həbs oluna bilər xəbəri üçün şəkil

Türkiyəli müğənni İlyas Yalçıntaş barəsində narkotik vasitələrin satışı və ya təmin edilməsi ittihamı ilə azı 10 il həbs cəzası tələb olunan akt hazırlanıb.

Kulis.az xəbər verir ki, istintaq zamanı müğənninin evində narkotik maddələrin xırdalanması üçün iki aparat, həssas tərəzi və içərisində bitki qalıqları olduğu ehtimal edilən banka aşkarlanıb.

Onun qan və saç nümunələrində isə THC metaboliti və kokain müəyyən edilib.

Yalçıntaş ifadəsində narkotik istifadə etmədiyini, bankadakı maddənin kəklikotu, digər əşyaların isə fərqli məqsədlər üçün olduğunu deyib.

İttiham aktı məhkəmə tərəfindən qəbul edilsə də, iş aidiyyət məsələsinə görə İstanbulun 19-cu Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, müğənni ötən ilin iyulunda məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılıb və həbs edilən dörd nəfərdən biri olub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑