Mədəniyyət · Kulis.az

"Həqiqi dahini bu əlamətdən tanıya bilərsiniz..." - Conatan Svift

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Həqiqi dahini bu əlamətdən tanıya bilərsiniz..."  - Conatan Svift xəbəri üçün şəkil

Bu gün irland yazıçı-satirik, publisist, filosof, şair və ictimai xadim Conatan Sviftin anım günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Səhv etdiyinizi etiraf etməkdən heç vaxt utanmamalısınız. Bu sadəcə bu gün dünənkindən daha müdrik olduğunuzu göstərir.

***

Bir insanı məntiqlə gəlmədiyi bir qənaətdən məntiqlə daşındırmaq mümkün deyil.

***

Həqiqi bir dahi peyda olanda onu bu əlamətdən tanıya bilərsiniz: bütün kütbeyinlər ona qarşı birləşər.

***

Yalan uçur, həqiqət isə onun arxasınca axsaya-axsaya gəlir; beləliklə, insanlar aldadıldıqlarını başa düşəndə artıq çox gec olur; zarafat bitir və yalan öz təsirini göstərir.

***

Hər gün yeni və xoşbəxt bir son yaratmaq üçün bir fürsətdir. Ömrünüzün hər bir gününü dolğun yaşayasınız.

***

Bizim bir-birimizə nifrət etməyə yetəcək qədər dinimiz var, amma bir-birimizi sevməyə yetəcək qədər deyil.

***

Satira elə bir güzgüdür ki, ona baxanlar adətən orada özlərindən başqa hamının üzünü görürlər.

***

Bəsirət görünməz olan şeyləri görmək sənətidir.

***

Hər bir kəs uzun yaşamaq istəyir, amma heç kim qocalmaq istəmir.

***

Hər günü son gününüz kimi yaşayın, çünki bu günlərin birində həqiqətən də elə olacaq.

***

Dünyanın ən yaxşı həkimləri Pəhriz, Dinclik və Şadlıqdır.

***

Cəld danışanlar ümumiyyətlə, yavaş düşünürlər.

***

Mən bütün xalqlara, peşələrə və cəmiyyətlərə həmişə nifrət etmişəm, bütün sevgim isə fərdlərə yönəlib: məsələn, vəkillər tayfasına nifrət edirəm, amma filankəs məsləhətçini və filankəs hakimi sevirəm; həkimlər, əsgərlər, ingilislər, şotlandlar, fransızlar və digərləri barədə də eynisini deyə bilərəm, öz peşəmdən isə danışmayacağam. Ən əsası isə insan adlı o canlıya nifrət edir və ikrah bəsləyirəm, halbuki Conu, Piteri, Toması və digərlərini səmimi qəlbdən sevirəm. Uzun illərdir riayət etdiyim həyat prinsipi budur, amma bunu heç kimə deməyin.

***

İnsanların pis olmasına heç vaxt təəccüblənmirəm, lakin onların utanmadığını görəndə tez-tez heyrətlənirəm.

***

Kişilərdə arzu məhəbbət doğurur, qadınlarda isə məhəbbət arzu doğurur.

***

İnsanların hətta xəbərdarlıqlara belə məhəl qoymadığı bir halda, onların nəsihət dinləyəcəyini gözləmək necə mümkün ola bilər?

Rus dilindən tərcümə etdi: Aydan Ağayeva

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑