Dünya · Konkret.az

“Yandex”in məlumat mərkəzi fəaliyyətini dayandırdı | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Yandex”in məlumat mərkəzi fəaliyyətini dayandırdı | KONKRET xəbəri üçün şəkil

“Yandex” şirkətinin Rusiyanın Vladimir şəhərində yerləşən məlumat mərkəzi pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində fəaliyyətini tamamilə dayandırıb.

KONKRET.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti RBC-yə məlumat verib.

Şirkətin bəyanatında bildirilib: “PUA hücumu nəticəsində “Yandex”in Vladimirdəki məlumat mərkəzinin infrastrukturu zədələnib və mərkəzin fəaliyyəti tamamilə dayanıb. Xəsarət alan yoxdur. Aidiyyəti qurumlar hadisə yerində fəsadların aradan qaldırılması ilə məşğuldur”.

“Yandex”dən əlavə edilib ki, hadisə səbəbindən bəzi xidmətlər istifadəçilər üçün əlçatmaz olub.

Daha əvvəl “Detector404” və “Sboy.rf” monitorinq xidmətləri “Yandex Go”, “Yandex Pay”, “Yandex Music”, “KinoPoisk” və “Alisa ilə Ev” tətbiqlərində kütləvi nasazlıqlar qeydə alıblar. Vladimir vilayətinin qubernatoru Aleksandr Avdeyev isə bölgənin infrastrukturuna edilən hücum nəticəsində yanğın baş verdiyini bildirib.

“Yandex”in Vladimir şəhərindəki məlumat mərkəzinə PUA hücumundan sonra Rusiyanın internet məkanında da kütləvi texniki problemlər qeydə alınıb.

İstifadəçilər “Flowwow” çiçək sifarişi xidmətinin, “Vkusno – i toçka” sürətli qida restoranları şəbəkəsinin saytının, “DDX” fitnes klubları şəbəkəsinin tətbiqinin və bir sıra digər iri xidmətlərin fəaliyyətində ciddi fasilələrin yarandığını bildiriblər.

Məlumata görə, hücum nəticəsində iki elektrik yarımstansiyası sıradan çıxıb və 5 000 sakin elektrik enerjisiz qalıb.

“Yandex” şirkəti “ru-central1″a zonasında elektrik təchizatında ciddi fasilələrin yarandığını açıqlayıb. Məlumat mərkəzinin fəaliyyətinin dayanması səbəbindən taksi sürücülərinin və kuryerlərin qeydiyyatdan keçərək sifariş qəbul etdiyi “Yandex Pro” tətbiqinin işi də tamamilə dayanıb.

Qeyd edək ki, oktyabrın 7-dən 8-nə keçən gecə “Yandex”in Ryazan vilayətinin Sasovo şəhərində yerləşən məlumat mərkəzində PUA hücumundan sonra yanğın baş vermişdi. Oktyabrın 9-da isə pilotsuz uçuş aparatları şirkətin Kaluqa şəhərindəki məlumat mərkəzinə zərbə endirmişdilər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑