Gündəm · Konkret.az

Yamalın atası oğlunun əsl adını açıqladı | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Yamalın atası oğlunun əsl adını açıqladı | KONKRET xəbəri üçün şəkil

“Barselona”nın futbolçusu Lamin Yamalın atası Munir Nasraui oğlunun tam adını açıqlayıb.

KONKRET.az xəbər verir ki, o, “Aston Villa” ilə oyun öncəsi jurnalistlərlə söhbətində soyadla bağlı yaranan qarışıqlığa aydınlıq gətirib:

“Laminin soyadı Nasraui Ebanadır. Qarışıqlıq yaranmasın deyə bunu qeyd etmək istədim. Lamin Yamal isə onun adıdır”.

Qeyd edək ki, 18 yaşlı futbolçuya ailələrinə çətin dövrdə dəstək olan iki dostlarının – Lamin və Yamalın adları verilib. Hər iki ad ərəb mənşəlidir. Lamin etibarlı və sadiq, Yamal isə gözəllik, zəriflik və cazibə mənalarını ifadə edir.

Xatırladaq ki, Yamal “Aston Villa” ilə matçda qol vuracağı təqdirdə, Çempionlar Liqasında yeniyetmə yaşlarında ən çox qol vuran futbolçu olacaq. Qeyd edək ki, “Barselona” – “Aston Villa” matçı noyabrın 4-də keçiriləcək. (qol.az)

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑