Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, qəza şəhərin M.Maqomayev prospektində olub.
Belə ki, “Hyundai” və “Chevrolet” markalı avtomobillər toqquşub.
Qəza zamanı 2010-cu il təvəllüdlü sərnişin Murad Novruzlu və avtomobilin sürücüsü,1985-ci il təvəllüdlü Bəylər İsmayılov müxtəlif bədən xəsarətləri alıb. Onlar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.





