Dünya · Konkret.az

Londondan gələn təyyarə Varşavaya təcili eniş etdi: Bomba… | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Londondan gələn təyyarə Varşavaya təcili eniş etdi: Bomba… | KONKRET xəbəri üçün şəkil

Londondan gələn təyyarə göyərtəsində partlayıcı qurğunun ola biləcəyi ilə bağlı narahatlıqlara görə Varşava yaxınlığındakı Modlin hava limanında təcili eniş edib.

KONKRET.az xəbər verir ki, məlumatı Britaniya mediası yayıb.

Bildirilib ki, təyyarə yerli vaxtla saat 10:01-də hava limanına eniş edib.

Hava limanının nümayəndəsi Adam Şablovski aeroportun müvəqqəti bağlandığını və rəsmilərin partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssislərin gəlişini gözlədiklərini bildirib.

Əvvəlcə təyyarə Varşavadakı Frederik Şopen adına hava limanına enməli idi, lakin daha sonra Modlinə yönləndirilib.

Bildirilib ki, insident barədə daxil olan məlumatla əlaqədar yoxlama aparılır. Təyyarənin göyərtəsində 181 sərnişin var. Bu, son 24 saat ərzində Londondan gələn təyyarənin göyərtəsində artıq ikinci partlayış təhlükəsidir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑