Belarus Ermənistan və Gürcüstanda istehsal olunan iki növ konyakın, eləcə də Rusiyanın “Pobeda” şokoladının ölkədə satışına qadağa qoyub.
KONKRET.az xəbər verir ki, bu barədə Belarusun Dövlət Standartlaşdırma Komitəsi məlumat yayıb.
Qadağa Ermənistan istehsalı olan 7 illik “Arame” və Gürcüstan istehsalı olan 8 illik “Pogreb Şio” konyaklarına şamil edilib.
Komitənin açıqlamasına görə, yoxlamalar zamanı hər iki məhsulda aşılayıcı maddələrin kütləvi konsentrasiyasının normadan aşağı olduğu müəyyən edilib. Bildirilib ki, bu göstərici məhsullara konyaka xas xarici görünüş və bəzi xüsusiyyətlər verildiyini, lakin onların keyfiyyət tələblərinə cavab vermədiyini göstərir.
Həmin konyakların Belarus ərazisinə idxalı və satışı 2026-cı il oktyabrın 31-dən qadağan olunub.
Bundan əlavə, qurum Rusiyada istehsal olunan “Pobeda” şokoladının da Belarusda satışını qadağan edib.
Müşviq Tofiqoğlu
KONKRET.az




