Dünya · Konkret.az

Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu - Foto | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu - Foto | KONKRET xəbəri üçün şəkil

Donetsk vilayətinin Drujkovka şəhəri yaxınlığında döyüş tapşırığını icra edərkən itkin düşüb. Bir neçə gün öncə Zaur Həbibovun həlak

Ukraynada gedən döyüşlərdə daha bir soydaşımız həlak olub.

KONKRET.az xəbər verir ki, uzun illər Ukraynanın Jovti Vodı şəhərində yaşayan Zaur Bəhram oğlu Həbibov cəbhədə həyatını itirib.

Z. Həbibov hələ 2014-cü ildə Antiterror Əməliyyatında (ATO) iştirak edərək Ukraynanı müdafiə etməyə başlayıb. 2022-ci ilin fevralında başlayan genişmiqyaslı müharibədən sonra həmin ilin iyun ayında yenidən xidmətə qayıdan soydaşımız cəbhədə döyüş tapşırıqlarını yerinə yetirməyə davam edib.

O, 2026-cı il sentyabrın 10-da Donetsk vilayətinin Drujkovka şəhəri yaxınlığında döyüş tapşırığını icra edərkən itkin düşüb. Bir neçə gün öncə Zaur Həbibovun həlak olması rəsmən təsdiqlənib.

Xəbəri paylaş

Bu saytda oxunma: 1

Səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑