Cəmiyyət · Konkret.az

Toyuq əti bahalaşdı | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Toyuq əti bahalaşdı | KONKRET xəbəri üçün şəkil

Son vaxtlar Azərbaycanda quş əti məhsullarının bahalaşması müşahidə edilir. Qiymət artımının isə bir neçə səbəbi var

Son vaxtlar Azərbaycanda quş əti məhsullarının bahalaşması müşahidə edilir.

KONKRET.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərli sosial şəbəkə hesabında qiymət artımının səbəblərinə toxunub.

O, qiymət artımının bir neçə səbəbdən qaynaqlandığını bildirib.

“Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məlumat yayıb – bu dövrdə 53 min ton quş əti istehsal olunub.

2025-ci ilin eyni dövründə bu rəqəm 51 min ton idi – yəni, istehsalda azalma yoxdur. Qiymət artımının isə bir neçə səbəbi var:

1) 2026-cı ilin əvvəlindən dizel yanacağı 10% bahalaşıb – bu da yem və hazır məhsul daşıma xərclərinə təsir edib;

2) Quş əti istehsalçılarının əlavə tənzimləmə qaydalarına, nəzarətedici qurumların fəaliyyətinə görə maliyyə yükü – xərci artıb;

3) Yem və dərmanların qiyməti yüksəlib;

4) Nəhayət ən vacib məsələlərdən biri – qirmızı ət, yəni, mal-qoyun əti kəskin bahalaşıb deyə, camaat daha ucuz olan toyuq əti almağa üstünlük verir, tələb yüksəlir, təklif isə istənilən templə artmır”, – ekspert vurğulayıb.

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑