Dünya · Konkret.az

Rusiya və Çin hücum əməliyyatlarını məşq etdi | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya və Çin hücum əməliyyatlarını məşq etdi | KONKRET xəbəri üçün şəkil

Birgə hərbi təlimlər keçiriblər…

Rusiya və Çin hərbçiləri “Mərkəz-2026” hərbi təlimləri çərçivəsində Mərkəzi Asiya respublikalarından birinin ərazisində hücum əməliyyatları və “təhlükəsizlik zonası”nın yaradılması üzrə ssenarini məşq ediblər.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Rusiya müdafiə nazirinin müavini Yunus-bek Yevkurovun Rusiya Prezidenti Vladimir Putinə təqdim etdiyi məruzəyə istinadən məlumat yayıb.

Yevkurovun sözlərinə görə, şərti təcavüzün dəf edilməsindən sonra koalisiya qüvvələri “ələ keçirilmiş ərazinin azad edilməsi və qonşu ərazidə təhlükəsizlik zonasının yaradılması” məqsədilə hücuma keçib.

Hücum mərhələsində Çin hərbçiləri də iştirak ediblər. “İnterfaks”ın məlumatına görə, Çin ordusunun bölmələri Pakistan və Qırğızıstan hərbçiləri ilə birlikdə birgə qüvvələrin sol cinahında yerləşdirilib. Təlim poliqonunda olan “Kommersant” nəşrinin müxbiri də Çin bölmələrinin hücum əməliyyatlarına qatıldığını təsdiqləyib.

Təlimlər Mərkəzi Asiya strateji istiqamətində keçirilib. Lakin ssenaridə “qonşu ərazi” kimi hansı ölkənin nəzərdə tutulduğu açıqlanmayıb.

Günay Əli
KONKRET.az

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑