Məşhur ekstrasens və teleaparıcı Anatoli Kaşpirovski 87 yaşında vəfat edib.
KONKRET.az xəbər verir ki, bu barədə teleaparıcı Andrey Malaxov “Telegram” kanalında məlumat yayıb.
“Anatoli Mixayloviç Kaşpirovski artıq aramızda deyil” deyə, Malaxov paylaşımında bildirib.
Qeyd edək ki, Anatoli Kaşpirovski sovet və postsovet dövrünün ən məşhur psixoterapevt və teleaparıcılarından biri olub. O, 1980-ci illərin sonlarında televiziya vasitəsilə keçirdiyi kütləvi psixoterapiya seansları ilə geniş şöhrət qazanıb.
Kaşpirovskinin fəaliyyətinə münasibət birmənalı olmayıb. Onun tətbiq etdiyi üsullar elmi baxımdan mübahisəli hesab edilib. 2006-cı ildə Çelyabinskdə xalq təbabəti ilə qanunsuz məşğul olduğuna görə inzibati məsuliyyətə cəlb olunub.
2024-cü ildə isə Kaşpirovski kütləvi seanslarını yenidən bərpa edib və öz brendi altında məhsullar satışa çıxarıb.

