Hadisə · Konkret.az

Bakı metrosunda ölüm hadisəsi - kişi vəfat etdi | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bakı metrosunda ölüm hadisəsi - kişi vəfat etdi | KONKRET xəbəri üçün şəkil

Bakı metrosunun “Avtovağzal” stansiyasında ahıl kişi ürəktutmasından vəfat edib.

Metronun “Avtovağzal” stansiyasında kişi vəfat edib.

KONKRET.az Trend-ə istinadla xəbər verir ki, hadisə günorta saatlarında baş verib.

Belə ki, stansiyanın platformasında ahıl yaşlı bir sərnişinin qəfil halı pisləşib. Dərhal bütün müvafiq tədbirlər görülüb, o cümlədən təcili tibbi yardım xidməti çağırılıb.

Bakı Metropliteni QSC hadisəni təsdiq edib:

“Təəssüf hissi ilə bildiririk ki, sərnişinin həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür”.

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑