Cəmiyyət · Konkret.az

Aqil Ələsgər Qazaxıstanda beynəlxalq konfransda Tokayev adına orden ilə təltif edildi - FOTO | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Aqil Ələsgər Qazaxıstanda beynəlxalq konfransda Tokayev adına orden ilə təltif edildi - FOTO | KONKRET xəbəri üçün şəkil

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Türk İnternet Media Birliyinin sədr müavini və “Yeni Çağ”ın rəhbəri Aqil Ələsgər beynəlxalq konfransda…

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Türk İnternet Media Birliyinin sədr müavini və “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər Qazaxıstanda beynəlxalq konfransda iştirak edib.

KONKRET.az xəbər verir ki, Almatı şəhərində baş tutan tədbir dünyaca məşhur qazax şairi və ictimai xadimi Oljas Süleymanovun 90 illik yubileyinə həsr olunan “Bilik mədəniyyətinə dəstək” IX Beynəlxalq Konfransı çərçivəsində keçirilib.

“XX əsrin ikinci yarısında Mərkəzi Asiyanın intellektual tarixi” mövzusuna həsr olunan konfrans Mərkəzi Asiya və Türk dünyasının elmi, tarixi-mədəni əlaqələrinin dərindən öyrənilməsi və intellektual irsinin gələcək nəsillərə ötürülməsi baxımından mühüm beynəlxalq platforma rolunu oynayır.

Aqil Ələsgər konfrans çərçivəsində türk dünyasının media və vətəndaş cəmiyyəti nümayəndələri ilə bir araya gəlib və ölkəmizin Türk dünyasında əhəmiyyətli yer tutduğu barədə görüşlərdə mövqe nümayiş etdirib.

Səfər çərçivəsində Aqil Ələsgər Türk dünyasında media və vətəndaş cəmiyyətinin inkişafına, eləcə də dostluq əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfələrə görə Kəməl Tokayev adına “Kəməl Ata Kəməngər” ordeni ilə təltif olunub.

Mükafatı jurnalistə Oljas Süleymanovun rəhbərlik etdiyi YUNESKO-nun nəzdində fəaliyyət göstərən Mədəniyyətlərin Yaxınlaşdırılması Mərkəzinin direktor müavini Səltənət Aşimova təqdim edib.

Xatırladaq ki, ordenin adını daşıyan Kəməl Tokayev tanınmış qazax yazıçısı, İkinci Dünya müharibəsi iştirakçısı və Qazaxıstan Respublikasının hazırkı Prezidenti Qasım-Comərd Tokayevin atasıdır.

Xəbəri paylaş

Bu saytda oxunma: 1

Səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑