İdman · İdman.biz

“Yuventus”da baş məşqçi dəyişikliyi gündəmdə - Deşam əsas namizədlər arasındadır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Yuventus”da baş məşqçi dəyişikliyi gündəmdə - Deşam əsas namizədlər arasındadır xəbəri üçün şəkil

“Yuventus”un baş məşqçisi Luçano Spalletti istefaya göndərilə bilər. Turin klubunda italiyalı mütəxəssisi əvəzləməyə əsas namizədlərdən biri Fransa millisinin sabiq baş məşqçisi Didye Deşamdır.

İdman.Biz “Foot Mercato”ya istinadən xəbər verir ki, “Yuventus” rəhbərliyi komandanın son nəticələrindən narazıdır.

A Seriyasının doqquzuncu turunda “Cenoa”ya 0:2 hesabı ilə məğlub olan Turin təmsilçisi 14 xalla turnir cədvəlində səkkizinci pillədə qərarlaşıb. Spallettinin gələcəyi baxımından noyabrın 1-də “Napoli”yə qarşı keçiriləcək qarşılaşma həlledici ola bilər.

Deşamdan başqa, klub rəhbərliyi Stefano Pioli və Antonio Kontenin namizədliyini də nəzərdən keçirir. Lakin Kontenin Turinə qayıtmaqda maraqlı olmadığı bildirilir. Buna səbəb onun “Mançester Yunayted”dən təklif gözləməsidir.

Qeyd edək ki, Deşam futbolçu karyerası ərzində “Yuventus”un formasını geyinib. O, Turin klubu ilə Çempionlar Liqasının qalibi olub və üç dəfə İtaliya çempionluğunu qazanıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑