“Arsenal”ın qapıçısı David Raya İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı seyvinin müəllifi seçilib.
İdman.Biz xəbər verir ki, 31 yaşlı ispaniyalı qolkiper “Sanderlend”lə qarşılaşmada dəf etdiyi penaltiyə görə bu mükafata layiq görülüb.
Hesab 0:0 olarkən Raya Enzo Le Fenin qapının aşağı küncünə ünvanladığı zərbəni dəf edərək topu dirəyə yönəldib.
Bu epizoddan iki dəqiqə sonra “Arsenal” hesabı açıb və yekunda 2:0 hesabı ilə qalib gəlib.





