İdman · İdman.biz

Messi Argentinaya qayıtmağa çox yaxındır - transferin vaxtı məlum oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Messi Argentinaya qayıtmağa çox yaxındır - transferin vaxtı məlum oldu xəbəri üçün şəkil

“İnter Mayami”nin hücumçusu Lionel Messi karyerasını Argentinada davam etdirə bilər. Ulduz futbolçunun “Newell's Old Boys” klubuna keçmək ehtimalı gündəmə gəlib.

İdman.Biz “Estadio 3”ə istinadən xəbər verir ki, 39 yaşlı argentinalı futbolçu karyerasının ilk illərində çıxış etdiyi kluba qayıtmağa heç vaxt indiki qədər yaxın olmayıb.

Mənbənin məlumatına görə, Messi 2027-ci ilin yanvarında “Newell's Old Boys”un heyətinə qoşula bilər. Argentina çempionatında yeni mövsümün həmin ayın sonunda başlanması gözlənilir.

Bununla belə, hücumçunun “İnter Mayami” ilə qüvvədə olan müqaviləsi 2028-ci ilin dekabr ayının sonuna qədər nəzərdə tutulub.

Messi 2023-cü ilin yayından ABŞ klubunun formasını geyinir. O, bu müddətdə bütün turnirlərdə 122 oyuna çıxaraq 106 qol vurub və 58 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalı argentinalı futbolçunun bazar dəyərini 15 milyon avro (30 milyon manat) qiymətləndirir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑