Fransanın “Nitsa” futbol komandası Liqa 1-in altıncı turunda “Strasbur”u qəbul edib.
İdman.Biz xəbər verir ki, “Alyans Riviera” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı 41-ci dəqiqədə qonaqların futbolçusu Dario Essuqu açıb. Lakin “Nitsa” ilk hissənin sonunda bərabərliyi bərpa edib. 45+2-ci dəqiqədə “Strasbur”un üzvü Pap Diop topu öz qapısına göndərib.
İkinci hissədə komandalar uzun müddət fərqlənə bilməyiblər. Görüşün 81-ci dəqiqəsində Jonatan Kloss qələbə qolunu vuraraq “Nitsa”ya üç xal qazandırıb.





