İdman · İdman.biz

Fərid Qayıbov: “Üzgüçülük üzrə Dünya Kuboku çox uğurlu keçdi” - İDMAN.BİZ KONQRESDƏN + FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fərid Qayıbov: “Üzgüçülük üzrə Dünya Kuboku çox uğurlu keçdi” - İDMAN.BİZ KONQRESDƏN + FOTO xəbəri üçün şəkil

"Bu il Dünya İdman Paytaxtı olan Bakı bir sıra beynəlxalq idman tədbirlərinə ev sahibliyi edib".

İdman.Biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçirilən Avropa Su İdmanı Federasiyasının (European Aquatics) Konqresində çıxışı zamanı deyib.

Nazir ötən həftə paytaxtda təşkil olunan üzgüçülük üzrə Dünya Kubokunun uğurla başa çatdığını vurğulayıb. O, Azərbaycan Üzgüçülük Federasiyasının fəaliyyətini də müsbət qiymətləndirərək, ölkəmizdə idmana böyük maraq olduğunu və müxtəlif beynəlxalq yarışların təşkilinə xüsusi önəm verildiyini bildirib.

Fərid Qayıbov Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər çoxnövlü idman yarışlarının Azərbaycanın beynəlxalq idman təqvimindəki yerini möhkəmləndirdiyini qeyd edib.

Nazir idmançılarımızın Dünya Kubokunda yarışmaq imkanı qazandığını xatırladaraq, qarşıdakı Avropa və dünya çempionatlarında, eləcə də Olimpiya Oyunlarında uğurlu nəticələr əldə ediləcəyinə inamını ifadə edib.

Onun sözlərinə görə, Azərbaycanda su idman növlərinin inkişafı və təbliği yalnız beynəlxalq yarışların və konqreslərin təşkili ilə məhdudlaşmır. Bu sahədə müxtəlif layihələr həyata keçirilir, həmçinin xaricdən mütəxəssislər dəvət olunur.

Humay İsgəndərova

Foto: İslam Atakişiyev

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑