İdman · İdman.biz

“Everton” “Nyukasl”ı məğlub edərək Liqa Kubokunun 1/4 finalına yüksəldi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Everton” “Nyukasl”ı məğlub edərək Liqa Kubokunun 1/4 finalına yüksəldi xəbəri üçün şəkil

İngiltərə Liqa Kubokunun 1/8 finalında “Everton” doğma meydanda “Nyukasl”ı 3:1 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, Liverpulun “Hill Dickinson” stadionunda keçirilən qarşılaşmada hesabı 34-cü dəqiqədə Ceyms Qarner açıb.

45-ci dəqiqədə Heyden Ris Hakni meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb. 69-cu dəqiqədə Tyerno Barri üçüncü qolu vuraraq hesabı 3:0 edib.

Qonaqların heyətində Daniel Börn 88-ci dəqiqədə fərqi azaltsa da, bu, oyunun nəticəsini dəyişməyib.

Beləliklə, “Everton” İngiltərə Liqa Kubokunun 1/4 finalına yüksəlib, “Nyukasl” isə mübarizəni dayandırıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑