Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Bakıda keçirilən dünya çempionatında gümüş medal qazanıb.
İdman.Biz xəbər verir ki, Tçkayev final görüşündə Gürcüstan təmsilçisi, üçqat dünya çempionu Tato Qriqalaşviliyə məğlub olub.
Bu çəki dərəcəsində daha bir Azərbaycan təmsilçisi Ömər Rəcəbli bürünc medal qazanıb.
Beləliklə, Azərbaycan millisinin doğma meydanda keçirilən dünya çempionatında qazandığı medalların sayı dördə çatıb. Yığmanın aktivində bir qızıl, bir gümüş və iki bürünc medal var.
Yarışın əvvəlki günlərində Əhməd Yusifov (60 kq) dünya çempionu olub, Rəşid Məmmədəliyev (73 kq) isə bürünc medal qazanıb.


