Dünya · Günün Səsi

Tramp Rusiyanın G20-də iştirakını istəyir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp Rusiyanın G20-də iştirakını istəyir xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp Rusiyanın G20 çərçivəsində aparılan danışıqlarda iştirakını vacib hesab edir.

Gununesi.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Corciya ştatının Atlanta şəhərində keçirilən G20 ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun görüşdə iştirakı və Prezident Vladimir Putinin dekabrda keçiriləcək G20 sammitinə dəvət olunması ilə bağlı sualı cavablandıran Rubio Trampın Moskvanın danışıqlara qatılmasına önəm verdiyini deyib.

“Düşünürəm ki, Prezident Tramp Rusiyanın G20 çərçivəsində danışıqlarda iştirakını vacib hesab edir”, – deyə ABŞ dövlət katibi vurğulayıb.

Rubio Putinin Mayamidə keçiriləcək sammitə qatılıb-qatılmayacağının hələ məlum olmadığını da bildirib.

“Prezident Putinin Mayamiyə gəlmək niyyətində olub-olmadığını bilmirəm. Rusiya tərəfi bununla bağlı hələ heç nə elan və ya təsdiq etməyib”, – deyə o əlavə edib.

Qeyd edək ki, G20 liderlərinin sammitinin dekabrda ABŞ-nin Mayami şəhərində keçirilməsi nəzərdə tutulur.

Gununesi.info

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑