Dünya · Günün Səsi

Qalibaf: İranın 7 şərti razılaşdırılmadan danışıqlarda irəliləyiş olmayacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qalibaf: İranın 7 şərti razılaşdırılmadan danışıqlarda irəliləyiş olmayacaq xəbəri üçün şəkil

İranın irəli sürdüyü yeddi şərt razılaşdırılmadan danışıqlarda irəliləyiş əldə etmək mümkün deyil.

Gununesi.info xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.

Onun sözlərinə görə, Tehranın şərtləri vasitəçilərə dəfələrlə və açıq şəkildə çatdırılıb.

“Kökə və qamçı siyasəti İrana təsir etmir. İrəliləyiş yalnız İranın yeddi şərti razılaşdırıldıqdan sonra mümkün ola bilər”, – deyə Qalibaf vurğulayıb.

Qeyd edək ki, parlament sədri paylaşımında həmin yeddi şərtin nədən ibarət olduğunu açıqlamayıb.

Gununesi.info

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑